Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirdi

Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirdi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində "Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimat keçirilib.

Sfera.az xəbər verir ki, tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Bank əməkdaşları tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlar təqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.

Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova bildirib: "Müvafiq ixtisaslara yiyələnən gənclərimizin öz bilik və bacarıqlarına uyğun karyera qurmalarına dəstək, onlara bu sahədə bərabər imkanların yaradılması üçün Azərbaycan Beynəlxalq Bankı bu cür tədbirləri digər ali təhsil müəssisələrində də təşkil etmək niyyətindədir”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...