İlham Əliyev ata Buşa başsağlığı verdi

Siyasət
15:11 / 19.04.2018
3928
Prezident İlham Əliyev ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu göndərib.
Sfera.az-ın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri!
Həyat yoldaşınız, xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".