Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək


Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET" ASC-nin inzibati binası söküləcək.

 

Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb "ALMET" ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır.

 

Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb.

 

Yığıncağın saat 11.30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda - "Şüşəplastmas" ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb.

 

Ümumi yığıncağın gündəliyinə Bakı Şəhər İcra Hakimyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "ALMET" ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sükülməsinə aid məsələ daxil edilib.

 

Burada söhbət paytaxtın Xətai rayonu, Zavod küçəsindən gedir. ASC-yə məxsus bina və daşınmaz əmlak Zavod küçəsi 8-ci, ev 1 ünvanda yerləşir.

 

Qeyd edək ki, "ALMET" ASC inşaatda istifadə olunan qapı, pəncərə, pilləkən, darvaza, məhəccər və s. istehsalı ilə məşğuldur. 314 454 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Həsənov Suliddin Nəcəf oğludur.


OXŞAR XƏBƏRLƏR

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.     Sfera.az paylaşımı təqdim edir: &n...

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və öl...

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb. ...

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...