Dollardan imtina nə qazandıracaq? - PROQNOZ

Dollardan imtina nə qazandıracaq? - PROQNOZ
İran ABŞ arasında münasibətlərin gərginləşməsi bu ölkənin dollardan imtina etməsinə səbəb oldu. Ötən gün İran hökuməti dollardan imtina edərək əsas xarici valyuta kimi avrodan istifadə edəcəyini açıqladı. 

Bu addımın İran üçün mənfi və müsbət nəticələri nə olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, İranın bu addımı müvəqqətidir:

"İranın bu addımını popurist hesab etmək olar. Düşünürəm ki, bir müddət sonra İran bu addımından geri çəkiləcək. İranın bu qərarı Amerika və İran arasında davam edən ziddiyətli münasibətlərlərdən doğrulan bir addımdır. Bu addımın hər hansı iqtisadi əsası da yoxdur. İranın əsas gəliri məhz neftdəndir. Neftin dünya bazarında dəyəri isə dollarla müəyyənləşir. Müqavilələr də dollarla bağlanır. Neftlə bağlı alış-satış müqaviləsində avro göstərilərsə, bu zaman İran əməliyyat xərclərində vəsait itirməli olacaq. Çünki əlində olan vəsaiti avroya keçirtmək, avro ilə əməliyyatı reallaşdırmaq maddi itki ilə nəticələnəcək. İran bir müddət sonra bu qərarın yaratdığı problemləri yaşayacaq. İki ölkə arasında münasibətlər nə zamanssa düzələrsə, İran da qərarında geri addım atacaq”.

N.Cəfərli bunadək bir çox ölkələrin də bənzər qərar veridklərini, lakin bu qərarın doğurduğu çətinliklərdən dolayı ölkələrin bu addımdan geri çəkildiklərini bildirib:
 
"Üç il bundan öncə Rusiya və Çin də qərar vermişdi ki, yalnız öz valyutaları ilə ticarət edəcək. Bu hadisənin üstündən üç il ötməsinə baxmayaraq, məlum oldu ki, bu müddətdə hər iki ölkə ticarət dövriyyələrinin cəmi 4 faizini öz milli valyutaları hesabına reallaşdırıb. Təcrübədən də göründüyü kimi, bu cür qərarların reallaşması mümkünsüzdür. Azərbaycana gəldikdə isə ölkəmizin  xarici ticarətinin 90 faizi neft və neft məhsulları hesabına formalaşıb. Bizim çoxçeşidli iqtisadiyyatımız da yoxdur. Yalnız növbəti ildən etibarən qaz ixracında da artım olacaq. Yəni, bizim də nə vaxtsa bu cür addım atmağımız mənasız olar”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...