“Hücum başlayanda şəhər əhalisi yatırdı”

Dünya
21:56 / 14.04.2018
3786
Hazırda Suriya Rusiya Dövlət Dumasının bir qrup deputatı səfərdədir.
Sfera.az xəbər verir ki, onlardan biri- deputat Dmitri Belik gecə avizərbələri haqda təəsüratını rus mediası ilə bölüşüb:
"Bizim otel Dəməşqin mərkəzindədir. Xoşbəxtlikdən raketlər buraya gəlib çatmadı.
Şəhərə raket düşsə, əhali arasında böyük tələfat olacaqdı. Zərbələr endiriləndə şəhər əhalisi yatırdı. Buna baxmayaraq panika müşahidə etmədim. Suriyalıların bu cəhəti xoşuma gəlir, təşviş yoxdur. Səhər milli bayraqlarla küçəyə çıxıb hökumətə dəstək olduqlarını bildirdilər".
İlqar