Qəzada ölməsəydi, bu gün toyu idi - 500 dəvətnamə paylanmışdı

Dünya
20:15 / 14.04.2018
2284
İranda qəzaya uğrayan təyyarədə həlak olan 28 yaşlı Mina Başaran ölməsəydi, bu gün nişanlısı Murat Gezer ilə 500 qonağın dəvət edildiyi mərasimdə evlənəcəkdi.
Minanın anası Beril Başaran qızının toy günündə məzarına gedib.
BƏƏ-dən subaylığa vida partisindən İstanbula qayıdan məşhur iş adamı Hüseyn Başaranın qızı Mina Başaran 7 rəfiqəsi və 3 ekipaj üzvü ilə təyyarə qəzasında dünyalarını dəyişmişdilər.
Mina Başaranın toy günündə səhər saatlarında qızının məzarını ziyarət edən anası Mina üçün dualar edib.