Suriyada nələr baş verdi? - TƏFƏRRÜAT

Suriyada nələr baş verdi? - TƏFƏRRÜAT
Suriya HHM İngiltərə, Fransa və ABŞ tərəfindən atılan 103 qanadlı raketdən 71 ədədini uğurla vurublar.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Rusiya MN Baş Qərargahının baş operativ idarəsinin sədri general-polkovnik Sergey Rudskoy çıxış edib.

"Ümumilikdə 103 qanadlı raket buraxılıb, o cümlədən dəniz təyinatlı "Tomahavk” raketləri, B-1 təyyarələrindən buraxılan GBU-38 idarə olunan aviabombalar. F-15, F-16 təyyarələri "hava-yer” tipli raketlərdən atəş açıblar. Britaniya HHQ "Tornado” təyyarələri ilə 8 Scalp EG raketi buraxıb. Sovet istehsalı Suriya HHM vasitələri aviasiya və dəniz raketlərini hücumunu uğurla dəf edib. 71 raket ələ keçirilib” - general belə deyib.


İlkin məlumatlara görə, Suriya ordusu və yerli əhali arasında itki yoxdur.

 

Rudskoy deyib ki, bu nəticələr Rusiya SQ Baş Qərargahında uğur kimi qiymətləndirilir. Belə ki, bütün qanadlı raketlər Suriya HHM-ə məxsus - S-125, S-200, "Buk”, "Kvadrat”, "Osa” vasitəsilə vurulub.

 

 

"Bu Suriya arsenalında olan silahların yüksək effektivliyini və bizim mütəxəssislər tərəfindən hazırlanan Suriya hərbçilərinin əl hazırlığını göstərir. İl yarım ərzində Rusiya Suriya HHM sistemini tam dirçəldə bilib və onu inkişaf etdirməyə davam edir. Qeyd etmək istərdim ki, bəzi qərbli tərəfdaşlarımızın xahişini nəzərə alaraq biz Suriyaya S-300 zenit-raket sistemləri satmaqdan imtina etdik. Baş verənləri nəzərə alaraq bu məsələyə yenidən baxmağı mümkün sayırıq - nəinki Suriya, həmçinin digər dövlətlərə münasibətdə”.


Rudskoy Rusiya HHM vasitələrinin fəaliyyət sahəsinə Suriyaya atılan qanadlı raketlərin daxil olmadığını qeyd edib. Lakin Rusiyanın Hmeymim və Tartus bazalarında ABŞ və Böyük Britaniya gəmi və təyyarələrinin buraxdığı bütün raketlər yerindəcə üzə çıxarılır və nəzarətdə saxlanılırdı.

 

Fransız aviasiyasının iştirakı qeydə alınmayıb. Aralıq dənizində ABŞ HHQ-ə məxsus В-1B, F-15, F-16, həmçinin Böyük Britaniya HHQ-ə məxsus "Tornado” təyyarələri, Qırmızı dəniz hövzəsində isə ABŞ HDQ-ə məxsus "Labun” və "Monterey” gəmiləri qeydə alınıb. B-1 strateji bombardmançıları ABŞ tərəfindən qanunsuz əldə tutulan Suriyanın Ət-Tanf rayonundan qalxaraq zərbə endiriblər.

 

Zərbələrin hədəfi Suriya HHQ-nin aviasiya bazaları olub. Düvali aerodromuna 4 raket buraxılıb - hamısı vurulub. Dümeyr aerodromuna 12 raket buraxılıb - hamısı vurulub. Blei aerodromu yaxınlığına 18 raket buraxılıb - hamısı vurulub. Şayrat aerodromuna 12 raket buraxılıb - hamısı vurulub. İstifadə olunmayan Mezze aerodromuna buraxılan 9 raketdən 5-i vurulub. Homs aerodromuna buraxılan 16 raketdən 13-ü məhv edilib. Ciddi dağıntılar qeydə alınmayıb.

30 raket Bar və Caramani yaşayış məntəqələrində yerləşən obyektlərə endirilib. Dəməşqin guya hərbi kimyəvi proqramına aidiyyəti olan bu obyektlər qismə dağılıb. Rus generalın dediyinə görə, bu obyektlərdə insan və alətlər çoxdandır ki, yoxdur.


Rusdkoy hal-hazırda Dəməşq və Suriyanın digər yaşayış məntəqələrində vəziyyətin sakit olduğunu deyib.


OXŞAR XƏBƏRLƏR