Pentaqondan açıqlama: “Bütün hədəflər vuruldu”

Pentaqondan açıqlama: “Bütün hədəflər vuruldu”
Pentaqon hesab edir ki,  ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə qarşı bu gün həyata keçirdikləri əməliyyat uğurla baş tutub.

 
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Pentaqon sözçüsü məlumat yayıb:
 
"Gərgin, təsirli və səhvsiz bir əməliyyat idi. Əsas məqsəd Suriya rejiminin kimyəvi silah hücumunun qarşısını almaqdır. Suriyanın hava müdafiə sisteminin göstərdiyi bütün səylər nəticəsiz qaldı”.
 
Pentaqon sözcüsü bu hücum nəticəsində Suriyanın böyük kimyəvi silahlar itirdiyini də vurğulayıb.
 
Həmçinin qeyd olunub ki, vurulan hədəflərdən birində kimyəvi silah mərkəzi olub:
 
"Bundan sonra nə olacaq? Buna Əsəd qərar verəcək. Bu əməliyyatla Əsəd rejiminə lakonik ismarıc ötürdük. Hələlik hücum nəticəsində insan ölümü haqda məlumat əldə etməmişik. Bundan əlavə onu qeyd edək ki, biz burada Rusiyanın Hava Müdafiə Sisteminə rast gəlmədik”.
 
 
Pentaqon rəsmisi həmçinin bildirib ki, əsas məqsəd İŞİD-i məhv etmək və diplomatik yolla Əsədlə razılığa gəlməkdir.

Nigar Məhərrəm 

OXŞAR XƏBƏRLƏR