“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb”-Məktəb illəri

“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb”-Məktəb illəri
Fikrət Yusifov: "Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur” 

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur.
 
Rubrikamızın budəfəki qonağı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur. İqtisadçı tələbəlik illərində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Xalq Təsərrüfatı İnstitutunda hər kəsin tanıdığı Əlihüseyn müəllim var idi.
 
O qədər obyektiv müəllim nadir hallarda olur. Coğrafiyanı çox sevirdim. İmtahanda necə oldusa, gərginlik keçirdim, "4” aldım. Yeddi imtahandan beş alıb, səkkizinci imtahandan "4” almışdım. Çox pis vəziyyətdə idim. Yeni il tətilinə getmişdim. Bir neçə gün sonra pis əhval-ruhiyyə ilə instituta gəldim. Dekan müavini dedi ki, Əlihüseyn müəllim üç gündür səni axtarır.
 
O dövrdə telefon əlaqələri çox zəif idi. Gördüm ki, kafedrada təkcə oturub. Hər gün gəlib burada məni gözləyirmiş. Əsəbi şəkildə məndən harada olduğumu soruşdu və dedi ki, prorektora demişəm, get, təyinat yazsınlar, səndən təzədən imtahan götürəcəyəm. Sən "4” almalı deyildin, bu, ədalətli olmayıb. Təyinatını al, sabah gəl imtahana”. Sabah mən yenidən imtahan verdim. İmtahanda məni sual atəşinə tutdu və "5” aldım. Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur”.
 
kaspi.az
 

OXŞAR XƏBƏRLƏR

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...