Moskva Suriyaya “S-300” raketləri sata bilər

Dünya
13:19 / 14.04.2018
5200
Suriyaya ABŞ, Britaniya və Fransanın hava hücumuna Rusiya ordusunun Baş qərargahı özünəməxsus reaksiya verib.
Sfera.az "İnterfaks”a istinadən xəbər verir ki, Baş Qərargahın təmsilçisi Sergey Rusdskoy deyib ki, bir neçə il əvvəl Qərb ölkələrinin xahişi ilə Suriyaya "S-300” raketləri satmaqdan vaz keçiblər:
"İndi baş verənləri nəzərə alaraq həmin məsələnin müzakirəsinə yenidən qayıda bilərik".
Onun sözlərinə görə, "S-300”-ləri Suriya ilə yanaşı regionun başqa dövlətləri də ala bilər.