5 erməni kanalizasiya quyusunda can verdi

Dünya
11:47 / 14.04.2018
3083
Başqırdıstan paytaxtı Ufada kanalizasiya quyusunda iş zamanı erməni milliyətindən olan 5 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb.
Bildirilir ki, dünən 19:31-də Başqırdıstan Krizis Mərkəzinə Belyayev küçəsində aparılan təmir işləri zamanı baş verən bədbəxt hadisə haqda məlumat daxil olub.
Xilasedicilər kanalizasiya quyusundan Kamo Petrosyan, Merujan Afanikov,Surik Afanikov,Robert Akopyanvə Rafiq Qriqoryanın meyitini çıxarıblar.
Ölənlərdən üçü Ermənistan, ikisi Rusiya vətəndaşı olub.
İlqar