Suriyaya hava zərbələri endirildi

Suriyaya hava zərbələri endirildi
ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada hədəflərə hava zərbələri endiriblər.

Sfera.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonda keçirilən brifinq zamanı ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford bildirib.
 
C.Danford deyib: "Gələcəkdə kimyəvi silahdan istifadəyə yol verməmək üçün ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri şərq sahilləri vaxtı ilə 21:00-da Suriyada hədəflərə hava zərbələri endiriblər. Bizim qüvvələr əməliyyatın planlaşdırılması və həyata keçirilməsi mərhələsində inteqrasiya olunub.
 
Zərbələr endirilən hədəflər Suriya hökumətinin kimyəvi proqramları ilə bağlıdır. Biz həmçinin hədəfləri elə seçmişik ki, dinc əhali üçün riskləri minimum səviyyəyə endirək". O qeyd edib ki, ilk hədəf - Dəməşq rayonunda elmi tədqiqat mərkəzi olub.
 
Bu mərkəzdə kimyəvi və bioloji texnologiyaların istehsal edilir, hazırlannır və tədqiqatları aparılır. İkinci hədəf isə Homsda kimyəvi maddələrin saxlanıldığı obyekt idi.
 
Cozef Danvord bildirib ki, Suriyaya endirilən bu hava zərbələri dalğası başa çatıb.
 
 

OXŞAR XƏBƏRLƏR