Sevgilisinin “Instagram”dakı paylaşımları narkobaronu həbsxanaya saldı - FOTOLAR

19:20 / 13.04.2018
4806
Britaniyada adi satıcı qızın dəbdəbəli həyatı polislərin diqqətini cəlb edib.
Sfera.az xəbər verir ki, 19 yaşlı Emili Lok "Instagram”dakı səhifəsində bahalı geyimlərini, idman avtosunu paylaşırmış. Dünyanın prestijli istirahət zonalarında şəkil çəkdirməsi və sair şeylər hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.
Polis Emili izləyir. Onunla bərabər sevgilisi Mark Prays da şübhə altına düşür. İşsiz kimi qeydiyyatda olan Markın ərəb şeyxləri kimi dəbdəbəli həyatı sual doğurmaya bilməzdi.
Polislər Markın evində axtarış keçirir. Onun narkodiller olduğu sübut olunur. Telefonunda satdığı narkotiklərin həcmi və dəyəri ilə bağlı məlumatlar, həmçinin evdə qalaq-qalaq nağd pul, qızıl-zinəət əşyaları maddi sübut kimi götürülür.
Təkcə Emilinin paltarlarının dəyəri 50 min funtdan artıq idi ( 100 min manatdan çox). Mark və ifşa edilmiş narkodilerlər 7 il həbs cəzası alır.
Emiliyə isə çəmi 15 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verilir.
İlqar