“Seçkilərin maksimum şəffaf keçirilməsi üçün bütün səylər göstərilib” - İlham Əliyev

“Seçkilərin maksimum şəffaf keçirilməsi üçün bütün səylər göstərilib” - İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az-ın məlumatına görə, inamlı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edən Necdet Ünüvar böyük müşahidəçi heyəti ilə ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd edib.

Prezident İlham Əliyev seçkilər başa çatdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını və Türkiyə baş naziri Binəli Yıldırımın ona ünvanlandığı təbrik məktubunu məmnunluqla xatırlayıb.

Dövlət başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini deyib. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, bu, ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verir. Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...