Pele Dünya Çempionatına gələ bilməyəcək

Pele Dünya Çempionatına gələ bilməyəcək

 

Braziliya millisinin heyətində üçqat dünya çempionu olan Pele Rusiyadakı çempionata gələ bilməyəcək.

 

 

Sfera.az "Goal.com” portalına istinadən xəbər verir ki, 77 yaşlı əfsanə futbolçunun səhhətində problemlər var.


O 2016-cı ildə də Rio-de-Jeneyroda Olimpiadanın açılışında bu səbəbdən iştirak edə bilməmişdi.


Qeyd edilir ki, Pele 2012-ci ildə əməliyyat keçirib. Ancaq sonradan əməliyyat pis fəsadlar verib.

 

 


OXŞAR XƏBƏRLƏR