ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru HƏRƏKƏTƏ KEÇDİ

ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru HƏRƏKƏTƏ KEÇDİ
Başda "Harri Truman” aviadaşıyıcısı olmaqla, ABŞ hərbi dəniz donanmasının zərbəçi qrupu Virciniya ştatındakı daimi dislokasiya məntəqəsindən Yaxın Şərqə yola düşüb, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Məlumata görə, zərbəçi qrupun tərkibinə aviadaşıyıcıdan başqa "Normandiya” raket kreyseri, "Arli Berk”, "Balkeley”, "Forest Şerman” və "Farraqut” raket esminesləri daxildir. Gəmilərin göyərtəsində 6500 nəfərə yaxın şəxsi heyət var .
 
Zərbəçi qrupa Almaniya hərbi dəniz donanmasına aid "Hessen” freqatının da qoşulacağı bildirilir.

Vaşinqton hələ ki, gəmilərin gözlənilməz hərəkətinin səbəbini açıqlamayıb.
 


OXŞAR XƏBƏRLƏR

Mbappe "Mançestr Siti"yə keçəcək? - Baş məşqçidən AÇIQLAMA

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın hücumçusu Kilian Mbappeni komandalarına gətirməyin niyə mümkün olmadığından danışı...

Fransada 300 miqrant “işğal etdiyi” teatr müəssisəni iflasa sürükləyir

Artıq bir aydan çoxdur ki, Fransanın Paris şəhərindəki Lirik Sevinc Teatrı başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz tərəfindən “işğal ...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.   Sfera.az xəbər veri...

Türkiyədə partiya sədri SAXLANILDI

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat ya...

Donald Tramp andiçmə mərasimində 2 cinsi tanıdığını bildirib

Bu gündən etibarən ABŞ-nin rəsmi siyasəti yalnız iki cinsi - kişi və qadını tanımaqdır.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tr...

"Bu tip mesajlara inanmayın, ehtiyatlı olun"

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişanın adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəb...