“Professor” ləqəbli qanuni oğru yaralıdır
14:43 / 10.04.2018
3471
Türkiyədə 59 yaşlı qanuni oğru Qayoz Zviadadzenin qətli haqda dünən yazmışdıq.
"Praym Kraym” agentliyinin yaydığı xəbərdə bildirilmişdi ki, kriminal aləmdə "Giya Kutaiskiy” kimi tanınan oğrunun yanında daha bir nəfər güllələnib. Ancaq həmin şəxs ölməyib.
Sfera.az bildirir ki, yaralı şəxsin adı bu gün məlum olub - Qiqa Petriaşvili. "Qiqa Kaxatenes” və "Professor” ləqəblərilə tanınan bu şəxs də qanuni oğrudur. Onun 26 yaşı var.
Hadisə yerinə ilkin baxış göstərib ki, killerlərin əsa hədəfi Zvidadze olub. "Professor”u isə yaralasalar da öldürməyiblər.
Zviadadzenin qanuni oğru "Nodar Rustavski” (Nodar Asoyan) ilə konflikti varmış. Qanuni oğrular Rastov vilayətini ələ keçirmək üstündə savaşırmışlar.
Ötən il bu konfliktin qurbanı qanuni oğru Qoça Alpaidze (Alfason) olmuşdu.
Zvidadze köhnə nəsil oğrulardan idi və çox hörmətli, oğru qanunları ilə yşayan birisi kimi tanınırdı. "Taro”nun tərəfdarı olan Zvidadzenin sözü tez-tez "Şakro” ilə çəpləşirdi.
Qətlin əsil sifarişçisinin Zaxari Kalaşnikovun olması ehtimal edilir.
İlqar Atabəyli