Daşınmaz əmlakın qeydiyyatı bir iş günü müddətində mümkün olacaq

Daşınmaz əmlakın qeydiyyatı bir iş günü müddətində mümkün olacaq
Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişiklik edib.
 

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Belə ki, dəyişikliyə əsasən Qaydaya "Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.
 


Ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul edilir. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunur.
 
 
 
Qeydiyyat müddəti mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra edilir.
İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr bir və iki iş günü müddətində icra olunur. Qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstərilir. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunur.
 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanır.
 

OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...