Gəmi "Min bir gecə"nin çəkildiyi malikanəni dağıtdı - VİDEO - FOTO
Dünya
21:18 / 07.04.2018
2728
Malta bayrağı altında üzən "Vitaspirit" adlı tanker İstanbulun Bosfor boğazı sahilində yerləşən məşhur Həkimbaşı Salih Efendi malikanəsinə çırpılıb.
Sfera.az "Report"a istinadən bildirir ki, bu barədə "CNN Turk"ə istinadən "Reuters" məlumat yayıb.
Qəza İstanbulun şimal hissəsində yerləşən Sultan Mehmet Fatih körpüsü yaxınlığında baş verib.
İlkin məlumatlara görə, hadisəyə tankerin sükan avadanlığının ilişməsi səbəb olub. Qəza yerinə sahil mühafizəsinin gəmiləri gələrək tankeri binadan uzaqlaşdırıblar.
Hadisə nəticəsində xəsarət alan olmasa da, tarixi əhəmiyyətə malik XVIII əsrə aid saraya böyük ziyan dəyib. Binanın divar və tavanının yarısı uçub.
Məşhur tədbirlərin keçirildiyi malikanədə "İstanbul qırmızısı" filmi də çəkilib.
Bundan başqa, Şəbnəm Bozoklu, Aslı Tandoğan kimi aktrisaların toyu da həmin məkanda keçirilib.
]