İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı - Bakı da hazırlıqlı olmalıdır

İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı - Bakı da hazırlıqlı olmalıdır
"İŞİD Suriya və İraqda məhv edildikdən sonra terrorçuların Afrikada aktivliyi artıb, cihadçılar Avropa və Asiyaya geri qayıdırlar”. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı belə deyib. 


Göründüyü kimi, Sergey Şoyqu İŞİD-in Avropa və Asiya qitələrinə qayıtmaq istəyini bildirir. Bu qitələrin sərhədləri isə Azərbaycanda kəsişir.


Ötən ilin payızında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirmişdi ki, İŞİD sıralarında 900 azərbaycanlı var. Xidmət rəisi Mədət Quliyev onların özlərinin və ailələrinin sonrakı taleyindən də danışıb. Demişdi ki, onların əksər hissəsi döyüşlərdə həlak olub. O, xidmətin bu şəxslərlə bağlı fəal iş apardığını diqqətə çatdırmışdı. Mədət Quliyev İŞİD-in bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da terror aktları törətmək istədiyini, ancaq belə cəhdlərin qarşısının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən peşakarlıqla alındığını vurğulamışdı.


Bəs Sergey Şoyqunun məlum bəyanatından sonra Azərbaycan hansı addımları atmalıdır? 


Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev deyir ki, Rusiya müdafiə nazirinin bəyanatı sırf siyasidir: "Əgər doğrudan da İŞİD Avropaya və Asiyaya qayıdırsa, Rusiya Federasiyasının 89 subyektindən 11-i islam inanclıdır. İŞİD-in tərkibində vuruşanların sırasında Rusiya Federasiyasından olanlar çoxluqdadır. Həmin 11 subyektdən İŞİD sıralarına 5500-dən artıq şəxsin qoşulduğu haqda dəqiqləşmiş məlumatlar var. Onların yarısı döyüşlərdə qırılsa da, yarısının da geri qayıtmaq ehtimalı böyükdür. Qərbin Rusiyaya qarşı sanksiyalarının kəsərini bir qədər də artırmaq üçün Suriyada baş verən proseslərə dolayı müdaxilə etmək niyyəti ilə həmin sağ qalan döyüşçülərdən Rusiya ərazisində istifadə edəcəyi istisna deyil. İŞİD Avropaya və Asiyaya qayıdırsa, deməli, həmin çoxluğın bir hissəsi Rusiyaya və onun subyektlərinə, Dağıstana, Çeçenstana, Tatarıstana qayıdacaqlar. Şoyqu İŞİD Avropaya qayıdır deyəndə təkcə Qərbə gedəcəklərini nəzərdə tutursa, bu, düzgün fikir deyil. İŞİD eyni zamanda Rusiyaya qayıdır. Dağıstana qayıdacaqlarsa, Azərbaycan sərhədinə gəlib çıxacaqlar”. Arzu Nağıyev bildirir ki, İŞİD Avropaya və Asiyaya qayıdırsa, ilk növbədə Rusiya təhdid olunacaq. Buna görə də Azərbaycanın şimal sərhədləri daha güclü mühafizə olunmalıdır.


Ekspert bildirir ki, İŞİD-in tərkibində vuruşan Azərbyacan vətəndaşlarının bir çoxu haqda ölkəmizin xüsusi xidmət orqanlarında məlumatlar var: "Onların orada nə işlə məşğul olduqları haqda düşünürəm ki, Azərbyacanın xüsusi xidmət orqanlarında məlumat var. Tam şəkildə əməliyyat şəraitinə nəzarət etmək lazımdır, eyni zamanda bu istiqamətdə bütün hüquq-mühafizə orqanları əlaqəli fəaliyyət göstərməlidirlər. Bundan başqa, vətəndaşları da maarifləndirmək və təlimatlandırmaq lazımdır. Azərbaycan əməliyyat şəraitinə düzgün nəzarət edir. Digər tərəfdən, hüquq-mühafizə orqanları və Cinayət Məcəlləsində olan bəzi dəyişikliklər də bu cür halların azalmasına səbəb olub. Yəni İŞİD-çi Azərbaycana gələcəksə, dərhal həbs olunacaq.


O, artıq qanunsuz silahlı dəstədə vuruşmuş biridir. Bu o demək deyil ki, onlar silahla gəlirlər. Öz yerlərində onlara biət etmiş şəxslərlə müəyyən işlər qurmaq üçün də onlar geri dönməyə cəhd edə bilərlər. Tək onu demək mümkün deyil ki, onlar gəlib özlərini partladıb terror aktı həyata keçirəcəklər. Proseslər davam edir. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə çox mühüm vəzifələr düşür. Terrorçuların hər yerdə adamları var, bunlara hər yerdə biət etmiş şəxslər mövcuddur. Tək onların bura gəlib nəsə edə biləcəklərini də düşünmək doğru deyil. Daxildən də nələrsə edə bilərlər. Gürcüstan son vaxtlar Qərb dövlətləri ilə yaxınlaşdıqca, koalisiyada iştirak etdikcə, bu hadisələr orada təkrarlanacaq. Artıq Gürcüstana Qərb kimi baxılır. Erməni terroru Azərbaycanın milli təhlükəsizliyinə daim təhdiddir. Həmin təhdid müharibə şəraiti qaldıqca var”.


Arzu Nağıyev bildirib ki, Rusiya müdafiə nazirinin səsləndirdiyi fikirlər daha çox Suriyadakı durum, bazaların yerinin dəyişdirilməsi və Xəzər dənizinə nəzarətlə bağlıdır: "Rusiya tərəfi İŞİD-in sıralarına qoşulanların miqrantların sırasından olanlardan təşkil edildiyini vurğulayır. Həmin miqrantların əksəriyyəti də Orta Asiyadandır. Rusiya ərazisində son dövrlərdə tutulan beynəlxalq terror şəbəkələrinə bağlı dəstələrin üzvlərinin çoxu Orta Asiyadan çıxanlar olub. Serqey Şoyqunun son çıxışında səsləndirdiyi fikirlər düşünürəm ki, siyasi bəyanata bənzəyir. Belə açıqlamalar mütəmadi olaraq verilir və təhdid təhlükəsi ilk növbədə Rusiyaya var”.


Arzu Nağıyev deyir ki, Rusiya Xəzərdəki hərbi dəniz donanmasının yerini dəyişməklə bu ərazilərə regiona aidiyyəti olmayan digər dövlətlərin gəlməsinə qarşı olduğunu nümayiş etdirir: "Xəzəryanı dövlətlərin siyasi, iqtisadi, yataqların işlənməsi baxımından mövqemizi ortaya qoymuşuq və bu mövqeyə uyğun siyasətimizi davam etdirəcəyik. Sadəcə olaraq Rusiya bu gün mövqe ortaya qoyur ki, Xəzər dənizinə ətrafındakı dövlətlər nəzarət etməlidir. Qərbin, ABŞ-ın hər hansı bir donanmasının olması ilə razı deyillər. Rusiya müdafiə nazirinin dilindən səslənən bəyanat bu qəbildən olan növbəti bəyanatdır. Sadəcə olaraq əməliyyat nəzarətini gücləndirmək lazımdır”.("Yeni Müsavat”)


 

OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...