Rus general ABŞ-la nüvə müharibəsi ehtimalından danışdı

Dünya
09:08 / 06.04.2018
2607
"Rusiya ilə ABŞ
arasındakı hər hansı bir müharibə sürətlə nəzarətsiz bir nüvə qarşıdurma halına gələcək.”
Sfera.az xəbər verir ki, bunu "The National
Interest” nəşrinə general-leytenat Rusiya Siyasi Təhqiqatlar Mərkəzinin
Şurasının sədri, tanınmış hərbi ekspert, ehtiyatda olanda general-leytenant Yevgeni Bujinski deyib:
""ABŞ və Rusiya arasında
hər hansı bir hərbi qarşıdurma nüvə silahından istifadə ilə sona çatacaq.Nüvə
qarşıdurmasının idarə oluna biləcəyinə inanmıram, bu, ABŞ-dan bir illüziyadır.”
General əlavə edib ki, bu işdə
döyüşən ölkələr arasındakı iqtisadi boşluq əhəmiyyətli deyil:"Beş faiz,
iki faiz, üç faiz - hamısı əhəmiyyətli deyil. Çünki hər şey bir müharibədə sona
çatarsa, bu çox qısa bir müharibə olacaq ."
İlqar