Gürcüstanda sabah üçün matəm elan olundu - Mədən faciəsi ilə bağlı

Dünya
20:38 / 05.04.2018
2779
Gürcüstanda sabah matəm elan olunub.
Bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəza ilə bağlı qəbul edilib/Trend.
Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.
Qəza ilə bağlı araşdırma başlayıb.