Bakıda olan Çavuşoğlundan nüvə silahları ilə bağlı AÇIQLAMA

Bakıda olan Çavuşoğlundan nüvə silahları ilə bağlı AÇIQLAMA
"İki gün əvvəl təməlini atdığımız Akkuyu layihəsi Türkiyənin ilk nüvə enerjisi stansiyası olacaq. Layihə işləri tamam bitdikdən sonra Türkiyənin elektrik enerjisi ehtiyacının yüzdə onu qarşılanacaq”.

Sfera.az APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, təkcə Akkuyu AES yetməz: "Türkiyə iqtisadiyyatı böyüyür. Sinopda yaponlarla daha bir atom enerjisi stansiyasının əsasını qoymaq üçün işlər aparırıq. Bütün dünyada AES-lər var. Bəziləri bu stansiyalarla nüvə silahları atasında fərqi bilmirlərsə, günah bizdə deyil. Biz hər yerdə nüvə silahlarına qarşıyıq. "Məndə olsun, başqasında olmasın” prinsipinə də qarşıyıq. Atom Elektrik Stansiyası atom silahı deyil”.

 

OXŞAR XƏBƏRLƏR

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...