Komitə sədrindən DEVALVASİYA AÇIQLAMASI: "Təxribatdır"

Gündəm
17:13 / 04.04.2018
2263
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra ölkədə devalvasiyanın baş verəcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.
Ziyad Səmədzadə Sfera.az-a açıqlamasında yayılan bu cür xəbərlərin təxribat xarakteri daşıdığını söyləyib:
"Bu cür xəbərlərin yayılması təxribatdır. Bu cür şaiələri Azərbaycan xalqını istəməyən qüvvələr yaya bilər. Bu cür xəbərlərin hamısı Vətən, dövlət və xalq sevgisi görməyən tərbiyəsiz adamlar tərəfindən yayılan şaiələrdir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın uğurlarını qısqanan qüvvələr təxribat yaratmaq üçün ən iyrənc üsullara əl atırlar:
"Bu cür şaiələrin yayılması da həmin iyrənc üsullardan biridir. Mən bu cür xəbərləri yalan cəfəngiyyat hesab edirəm”.
Orxan Bəşirov