"Apple" şirkəti Intel çiplərindən imtina edəcək
Maraqlı
09:58 / 04.04.2018
4267
Apple son 2 il ərzində öz smartfon və kompüterləri üçün eksklüziv çiplərin hazırlanması üzərində çalışır. İndi isə bu layihənin son mərhələsi başlayıb. Beləliklə şirkər Intel-in məhsullarından 2020-ci ilə kimi imtina etməyə və cihazlarında özünün istehsalı çipləri istifadə etməyə hazırlaşır.
Bu isə öz növbəsində Apple üçün böyük bir addım Intel üçün isə heç də ciddi olmayan bir zərbə olacaq. Qeyd etmək lazımdır ki, Intel Apple üçün 2005-ci ildən bəri çip istehsal edir. Apple şirkətini çip ilə təmin etmək Intel şirkətinin ümumi biznesinin yalnız 5-ni əhatə edir.Buna görə də Apple şirkətinin Intel məhsullarından imtinası Intel üçün o qədər də böyük itki olmayacaq.
Apple artıq indidən istifadəçi üzünün təyin olunması, təsvirlərin emal olunması, iMac Pro-nun təhlükəsizliyi və son model MacBook-larda Touch Bar panelinin idarəetmə funksiyaları üçün prosessorlar hazırlayır. Həmçinin məlumata əsasən Apple özünün MicroLED adlı ekranları üzərində də çalışır. Bu isə o deməkdir ki, perspektiv olaraq Apple şirkəti öz proqram təminatları ilə çipləri bir araya inteqrasiya edərək məhsullarını differensiallaşdıra bilər. Beləliklə cihazları istehsalata verən zaman Intel şirkətinin qrafikinə uyğunlaşmaq lazım gəlməyəcək. (technote.az)