Putin Ankarada Nüvə Mərkəzinin açılışında - FOTOLAR

18:05 / 03.04.2018
4560
Rusiya prezidenti Vladimir Putin Ankarada Nüvə Mərkəzinin açılışına qatılıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarını təntənəli şəkildə qarşılayıb. Ərdoğan və Putin tərəfindən Ankaranın Mersin vilayətində Akkuyu Nüvə Mərkəzinin təməlqoyma mərasimi baş tutub. Rusiya prezidenti Vladimir Putin çıxış edərək bu layihənin önəmindən danışıb:
"Bu bölgədə yaşayan türk vətəndaşlar da yeni layihədən məmnun qalacaq, yeni iş yerləri açılacaq. Texnoloji yenilik Türkiyənin bu bölgəsinə bir sıra nailiyyətlər qazandıracaq. 2023-cü ildə açılış mərqasiminə də qatılacağıq”.
Hazırda təməlqoyma mərasimi davam edir. Artıq hər iki ölkənin prezidentləri mərkəzin təməlini qoyublar.
Qeyd edək ki, bu layihə Türkiyənin 60 illik xəyalını gerçək edib.
Nigar Məhərrəm
Sfera.az