Kanalizasiya düşən yeniyetmə 12 saat sonra sağ tapıldı

Dünya
19:39 / 03.04.2018
5219
Los-Anceles xilasediciləri kanalizaya quyusuna düşən yeniyetməni gərgin zəhmət hesabına xilas ediblər.
Sfera.az "NBC” telekanalına istinadən xəbər verir ki, 13 yaşlı Cessi Ernandes evlərinin yanındakı parkda əylənərkən təsadüfən kanalizasiya quyusuna düşüb. Sürətlə gedən çirkab suları onu aparıb.
Yeniyetmənin dostları bu baradə xilasedicilərə xəbər veriblər. Hadisə yerinə gələn xilasedicilər kanalizasiya borusuna videokameralar salaraq axtarışlara başlayıblar. Ümumilikdə 100 xilasedici 750 metr borunu qarış-qarış axtarıb. Nəhayət yeniyetmə hadisə yerindən 1,5 km aralıda başqa bir kanalizasiya quyusunda tapılıb.
Hazırda uşaq xəstəxanadadır və vəziyyəti stabildir.