Serial izləyərək pul qazanın - Məşhur şirkətdən maraqlı təklif

Serial izləyərək pul qazanın - Məşhur şirkətdən maraqlı təklif
Məşhur "Netflix" şirkəti film və serial izləməyi xoşlayan işçilər axtarır.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, işçidən şirkətə məxsus serial və filmləri izləyərək onlar haqqında qısa məlumatlar yazmaq və onları kateqoriyalalaşdırılmaq tələb olunur. 

Şirkətin 30 belə işçisi var. Ancaq son vaxtlar yeni layihələrin sayında artış olduğu üçün yeni işçilərə ehtiyac yaranıb. Deyilənə görə, şirkət kino və serialların izləyicilərə doğru kateqoriyada təqdim edildiyindən əmin olmaq istəyir. Buna görə də, tək işi film izləyərək əyləncəli vaxt keçirmək olan işçilərinə yüksək maaş verir. 

Ancaq maaşın miqdarı açıqlanmayıb.

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR