Oqtay Əsədov qəzəbləndi: "Çağırın o biri deputatları..."

Oqtay Əsədov qəzəbləndi:
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi başa çatdıqdan sonra sözügedən sənəd ikinci oxunuşda səsə qoyulub. 

Sfera.az xəbər verir ki, bu zaman səsvermə üçün yetərli səs olmayıb. Buna səbəb isə deputatların bir qisminin zalı vaxtından əvvəl tərk etməsi olub.  

Vəziyyətin belə olduğunu görən spiker Oqtay Əsədov iclas zalını tərk etmiş deputatları səsverməyə çağırıb. 

Oqtay Əsədov çıxış edərək deyib:

"Səsvermə üçün yetərli səs yoxdur. Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biri deputatları da gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər”.

Daha sonra deputatlar zala qayıdaraq səsvermədə iştirak ediblər.
 
Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...