Ermənistan Ordusu 11 hərbçisini itirib

Dünya
13:05 / 03.04.2018
1802
2018-ci ilin birinci rübü ərzində Ermənistan Silahlı Qüvvələrinin 11 hərbçisi ölüb.
Sfera.az bildirir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ölüm hallarından 9-u Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi hissələrində, 2-si isə Ermənistanda baş verib.
Üç nəfər atəşkəs rejiminin pozulması, dörd nəfər bədbəxt hadisə nəticəsində, iki nəfər xəstəlikdən ölüb.
Bir hərbçinin öldürüldüyü, birinin isə intihar etdiyi hesabatda əksini tapıb.(Apa)