Afrindəki terroristlər Avropada

Dünya
11:50 / 03.04.2018
2578
Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya ordusunun Suriyanın Afrin bölgəsində birgə həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatında 4 min terroristini itirən PKK yaralı terroristləri müxtəlif Avropa ölkələrindəki xəstəxanalara yerləşdirib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Zeytun Budağı" hərəkatının başlandığı 20 yanvar tarixindən etibarən PKK terroristlərini yaxın ölkələrdə xəstəxanaya yerləşdirib. Ancaq bu dəfə Almaniya, Danimarka, Fransa hədəf seçilib.
Məlumata görə, Afrində yaralanan 70 terrorist bu ölkələrdə müalicə olunub. Onlardan 20-sinə protez taxılıb.
Qızıl Xaç Komitəsinin də bu yaralılara yardım etdiyi bildirilir.
Nigar Məhərrəm
Sfera.az