“Pokrovka Məhərrəm” Moskvada belə saxlanıldı - VİDEO

“Pokrovka Məhərrəm” Moskvada belə saxlanıldı - VİDEO
Azərbaycandan olan biznesmen Məhərrəm Həsənov (daha çox "Pokrovka Məhərrəm” kimi məşhurdur) Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sfera.az bildirir ki, sosial şəbəkələrdə polislərin Məhərrəmi qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Məhərrəm Həsənovun tutulmasının səbəbləri məlum deyil.

Qeyd edək ki, Məhərrəm Həsənov Rusiyada "tərəvəz mafiyası”nın əsas fiqurlarından biridir. Fəallığının pik dövründə Şəmkir rayonundan gələn M.Həsənov Azərbaycandan kənd təsərrüfatı məhsullarının Moskvaya çatdırılmasının əhəmiyyətli hissəsinə nəzarət edirdi.

"Pokrovka” ləqəbini Məhərrəm Pokrovski tərəvəz bazası sayəsində alıb. 2014-cü ilə qədər qalmaqallı Pokrovka Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi.
Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına ("fura”lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar "haqq” alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, "Yeni Çeremuşki” şirkətinin təsisçiləri idilər.

"Pokrovka”nın həyatında qara zolaq 2013-cü ilin sonunda başladı. 10 oktyabr 2013-cü il gecəsi Yeqor Şerbakovun qətli Biryulyevoda kütləvi qarışıqlıqlara gətirib çıxardı: sakinlərin etnik cinayətlərə qarşı "xalq qisası” "Firuzə” ticarət mərkəzinin və "Pokrovski" tərəvəz bazasının dağıdılmasına qədər böyüdü. Qarışıqlıqların yatırılması üçün Xüsusi Təyinatlı Milis Dəstəsindən ("OMON”) istifadə edildi. 30 yaşlı azərbaycanlı Orxan Zeynalova qarşı ittiham irəli sürüldü və o, 2014-cü ilin iyulunda 17 il müddətinə azadlıqdan məhrum edildi.
Bazanın bağlanması haqda məhkəmə hökmü "Rospotrebnadzor”un təqdimatı əsasında Şerbakovun qətlindən altı gün sonra qəbul edildi. Yoxlamanın nəticəsinə görə, idarə "Pokrovski”də çoxsaylı sanitar-texniki norma pozuntusu aşkar etdi. Moskvanın meri Serqey Sobyanin onda bildirmişdi ki, baza "çətin ki, yenidən açılsın”.

"Pokrovka”nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, "müqəddəs yer boş qalmır” prinsipindən istifadə edib "Fud-siti” adlı böyük aqroklaster yaratdılar. Pokrovkadakı Azərbaycan tacirlərinin əksəriyyəti "Fud-siti”yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər.( Virtualaz.org)

[=

OXŞAR XƏBƏRLƏR

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...