Daha bir deputat sosial şəbəkə profillərinin bağlanılmasını TƏKLİF ETDİ

Daha bir deputat sosial şəbəkə profillərinin bağlanılmasını TƏKLİF ETDİ
"Son günlər sanki azərbaycanlılara xas olan milli-mənəvi dəyərlər deformasiyaya uğrayıb. Demək olar ki, milli-mənəvi dəyərlər qalmayıb. Halbuki, bu xalqın hər zaman böyüyü-kiçiyi olub, hər hansı nöqsan olanda da o, kişi kimi söylənilib, kişi kimi tənqid olunub. Daha bu qədər ədəbsizlik, tərbiyəsizlik və vicdansızlıq millətimizin mentalitetində olmayıb". 

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirib. 
Deputat xaricdən Azərbaycana qarşı söyüşlü kampaniya aparanların ciddi cəzalandırılmasını istəyib:

"İndi nə böyük, nə kiçik sayılır. Oturublar xaricdə, ağızlarına gələni danışırlar, ağılsız hərəkətlər edirlər. Heç bir məsələ əsas vermir ki, insanlar bu millətə və xalqa tərbiyəsiz hərəkətlər etsin. Avropanın harasında yaşamağından asılı olmayaraq, heç kəsə başqasını təhqir etməyə ixtiyar verilmir. Bu, Azərbaycan xalqına xas olan keyfiyyət deyil. Mən bu cür tərbiyəsizlikləri qətiyyətlə pisləyirəm. Heç kəsin ixtiyarı yoxdur ki, başqasını təhqir etsin, başqasının mənəviyyatına toxunsun. Mən bunu vicdansızlıq sayıram. Hesab edirəm ki, xaricdən Azərbaycan əleyhinə söyüş kampaniyası aparan şəxslər çox ciddi cəzalandırılmalıdır. Bu cür abırsızlıq, həyasızlıq kimə lazımdır? Onların yaşadıqları ölkələr bu şəxslər barəsində tədbir görməlidir". 

Hüseynbala Mirələmov qeyd edib ki, xaricdən Azərbaycan əleyhinə söyüşlü kampaniya aparan şəxslərin sosial şəbəkədəki profilləri də bağlanılmalıdır:
"Əgər əxlaqdan və milli-mənəvi dəyərlərdən kənar söhbətlər gedirsə, onları mütləq bağlamaq lazımdır. Niyə də yox? Xaricdə oturub mənim əxlaqıma toxunurlarsa, bəs nə etməliyik? Onlara qarşı bir yol qalır ki, səhifələri bağlanılsın".

Orxan Bəşirov


OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...