“Sənin adın ölüm siyahısındadır” – Britaniyadakı keçmiş agentlər QORXU İÇİNDƏ

“Sənin adın ölüm siyahısındadır” – Britaniyadakı keçmiş agentlər QORXU İÇİNDƏ
Boris Kirpiçikov bir vaxtlar KQB zabiti idi, sonradan Rusiya kəşfiyyatına çalışıb. 1998-ci ildə ölkəsinə xəyanət edərək Britaniyaya qaçdı.

Sfera.az xəbər verir ki, ötən ilədək agent rahat yaşayırdı. Bu il 12 fevralda 69 yaşlı Kirpiçikovun mənzilinin qapısı döyüldü.

Gələn onun xüsusi xidmət orqanlarında xidmətdən tanıdığı dostu idi. Dostu ona 8 nəfərlik siyahını göstərərək xəbərdarlıq etdi ki, siyahıda adı olanlar öldürüləcək. Kirpiçikovun da adı orda idi. Bu xəbərə elə əhəmiyyət vermədi.

Amma Skripal və qızı zəhərləndikdən sonra dəhşət dolu günlər başladı. Kim onu müdafiə edə bilərdi - polis, ingilis agentləri?

Axı son illərdə rusların adı ilə bağlı gör neçə ölüm hadisəsi olub. Gəlin xatırlayaq:

1.2004-cü ildə ruslarla əlaqəsi olan britaniyalı hüquqşünas vertolyot qəzasında öldü.
2.2010-cu ildə britaniyalı agent öz mənzilində idman çantasının içində çürümüş halda tapıldı.
3.Putinin düşməni, oliqarx Boris Berezovski Londonda 2013-cü ildə hamam otağında asılmış vəziyyətdə tapıldı.
4.Litvenenkonun bədənində zəhərli maddəni aşkarlamış alim 2016-cı ildə öz mənzilində bıçaqlanıb öldürüldü.

Bunlar hələ üzdə olanlardır. Kirpiçikov bunları bilir. Deyilənə görə o, qorxudan iki aya 30 kiloqram arıqlayıb və gündə cəmi 4 saat yataraq killerləri gözləyir.
Rus kəşfiyyatının qatillərindən xilas olub-olmamasını isə zaman göstərəcək.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR