Avtobusu alov bürüdü, 20 fəhlə diri-diri yandı

Avtobusu alov bürüdü, 20 fəhlə diri-diri yandı
Taylandda dəhşətli yol qəzası baş verib.
 
Sfera.az "Nation” nəşrinə istinadən xəbər verir ki, bu gecə Tak vilayətindən keçən magistral yolda avtobusun yanması nəticəsində 20 nəfər həlak olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusda ümumilikdə 47 sərnişin olub. Myanmadan olan əmək miqrantlarını daşıyan avtobusun salonunun orta hissəsində qəfildən yanğın başlayıb.
 
Sürücü avtobusu saxlayıb, onun köməkçisi, həmin vaxt yanında olan arvadı, həmçinin qabaq cərgələrdə oturan 24 sərnişin vaxtında çölə çıxıblar. Yanğın avtobusun arxa cərgələrində oturanların xilas olmasına imkan verməyib. Onlar diri-diri yanıblar.

Yanğınsöndürənlər hadisə yerinə tez çatıb yanğını söndürsələr də insanları xilas emək mümkün olmayıb.
 

OXŞAR XƏBƏRLƏR