Türkiyə - Malta oyunu azərbaycanlı hakimlərə tapşırıldı

Türkiyə - Malta oyunu azərbaycanlı hakimlərə tapşırıldı
Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək.

Sfera.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
 
İlqar

OXŞAR XƏBƏRLƏR