Arda Turan jurnalistə hücum etdi: \"Ədəbli ol, arvadımla danışırsan...\" - FOTO

Arda Turan jurnalistə hücum etdi: \
Məşhur futbolçu Arda Turan jurnalistlərlə kobud davranıb.
 
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, ötən gecə həyat yoldaşı Aslıhan Doğan və qardaşı Okan Turan ilə Nişantaşındakı bahalı restoranlardan birində yemək yeyən Arda çıxışda jurnalistlərin suallarını cavablayıb.

Müxbirlər Aslıhan Doğana da suallar ünvanlayıblar, ancaq o, cavab vermək istəməyib. Bundan sonra jurnalistlərdən biri "Arda bəy danışmağınızı qadağan edib?", deyə sual verib.
 
Bu sual futbolçunu qəzəbləndirib. O, jurnalistin üzərinə şığıyaraq "Ədəbli ol, qadağa nə deməkdir? Sənin başını-gözünü dağıdaram. Arvadımla danışırsan", deyib.
 
Cütlük daha sonra taksiyə minərək hadisə yerindən uzaqlaşıb. 
 
Lalə Nəsirova
 


OXŞAR XƏBƏRLƏR