"Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxması narahatlıq doğurmur" - MTRŞ

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildirib.


Sfera.az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Report”a açıqlamasında deyib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.


Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir: "Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində "Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”.
 

OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...