İqtisadçılardan qarşıdakı 5 il üçün PROQNOZ: ABŞ-ın \"Qara qızıl\" bazarındakı hegemonluğu...\"
16:09 / 14.03.2018
2787
Beynəlxalq Enerji Agentliyinin son icmalında yaxın beş il ərzində dünya neft bazarına ABŞ-ın hegemonluq edəcəyi qeyd edilib.
ABŞ-ın bazarda hegemonluğu ələ keçirməsi isə bir çox ölkələrin neft qiymətlərinə təsir edəcək. Nəzərə alsaq ki, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,20 dollar və yaxud 0,30% azalıb, bu zaman neftlə bağlı ölkəmiz üçün də nikbin proqnoz açıqlamaq mümkünsüzdür.
Bəs, ABŞ-ın hegemonluğu ələ alması, bununla yanaşı Azəraycan neftinin dəyərdən düşməsi yaxın gələcəkdə ölkəmizin iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında yaxın 5 ilin neft proqnozunu verib:
"Neftin qiymətinin cüzi miqdarda azalması və artması o qədər də təsirə malik deyil. Beynəlxalq ekspertlərin də ilin birinci yarısı üçün proqnozları belədir ki, 2018-ci ilin birinci yarısında neftin qiyməti sabit qalacaq”.
Digər iqtisadçı Əkrəm Həsənli isə ABŞ-ın bu bazarada hegemon mövqeyə gəlməsinin əsas səbəblərindən və bunun ölkəmizə təsirindən danışıb:
"Niyə ABŞ bu vaxtadək neftini bazara çıxartmırdı? Səbəb neft erasının geridə qalmasıdır. Dövlət başçımız İlham Əliyev də dəfələrlə bildirib ki, artıq neft erasını geridə qoymuşuq. ABŞ artıq başa düşüb ki, nefti qoruyub saxlamağın heç bir mənası yoxdur. "Qara qızıl" ehtiyatına görə bu bazarda birinci olan ABŞ-ın da neftini bazara çıxartmaqda əsas məqsədi məhz budur. Bu səbəbdən də intensiv olaraq neft hasilatına başlayıb. Yaxın zamanlarda neft bazarında qiymətlərin də azalmasını müşahidə edəcəyik. Artıq neftə alternativ olan enerji mənbələri aşkarlanıb”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın da neft ehtiyatları tükənir:
"Yaxın 5 il ərzində neftin qiymətinin azalacağı gözlənilir. Artıq Azərbaycan nefti də əvvəlki kimi gəlir gətirməyəcək. Bu səbəbdən ölkədə iqtisadi islahatların keçirilməsi vacibdir”.
Nigar Məhərrəm
Sfera.az