Doğma uşaqlarını öldürən qatil edam edildi

Doğma uşaqlarını öldürən qatil edam edildi
Belorusiyada məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilmiş kişi edam edilib.

Sfera.az Belorus mətbuatına istnadən xəbər verir ki, 41 yaşlı Kiril Kazaçek doğma övladlarını öldürüb.

İş materiallarında qeyd edilib ki, həyat yoldaşı Anastasiyanın boşanmaq tələbi onu özündən çıxarıb. Arvadından qisas almaq məqsədilə o, 2016-cı ilin 31 yanvarında Narovçizna kəndindəki evində 9 yaşlı qızını boğub. Sonra çəkiclə 17 yaşlı oğlunun başına zərbə endirərək qətlə yetirib.

Sonra Kazaçek arvadının böyük oğlu və ayrı kişi ilə yaşadığı mənzilə gələrək etdiyi cinayəti deyib. Özü milisə zəng edib və 4–cü mərtəbədən özünü aşağı ataraq intihar etmək istəyib. Lakin sağ qalıb.

Ekspertlər müəyyən ediblər ki, hadisəni törədərkən qatil sərxoş olmayıb.

Kazaçekin edam xəbərini yerli hüquq-müdafiəçiləri qatilin anasına istinadən yayıb.



OXŞAR XƏBƏRLƏR