DTX-dan antiterror əməliyyatı: 2 terrorçu məhv edildi

DTX-dan antiterror əməliyyatı: 2 terrorçu məhv edildi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət "Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilmişdir.


Bu barədə Sfera.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilmişdir.


06 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilmişlər.


Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülmüşdür.


Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...