Daha bir dəm qazı faciəsi - Bacı-qardaşın meyiti tapıldı- FOTO
Hadisə
21:42 / 06.03.2018
2930
Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, azyaşlı uşaqlar- Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.
Hadisə Bakı şəhərində baş verib. Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayaraq onları xəstəxanaya aparıb. Azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Bacı ilə qardaş Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.