Lənkəranda 22 ədəd top mərmisi tapıldı

Lənkəranda 22 ədəd top mərmisi tapıldı
Lənkəranın rayonun Liman şəhərində ANAMA-nın əməkdaşları tərəfindən ümumilikdə 17 ədəd 122 mm-lik BK13 və 5 ədəd isə 122 mm-lik OF8 top mərmisi aşkarlanıb.

Sfera.az bildirir ki, axtarışlar növbəti günlərdə də davam etdiriləcək. İşlər tam olaraq yekunlaşdıqdan sonra isə mərmilərin zərərsizləşdirilməsinə başlanılacaq. 

Məlumata görə ərazidə sovet dövründə hərbi hissə yerləşib. Bu mərmilər də həmin vaxtdan qalıb. Hazırda ərazidə təsərrüfat işlərinin görülməsi qadağan edilib, post qurulub. Yaxınlıqda yaşayan sakinlər arasında maarifləndirilmə işləri aparılır. Təmizləmə işləri tam başa çatdıqdan sonra ərazi sakinlərin istifadəsinə veriləcək. 

ANAMA-nın Xüsusi Mobil Əməliyyat qrupunun rəhbəri Böyükağa Haqverdiyevin sözlərinə görə, bu günə qədər Lənkəran rayonunda 300-dən çox mina, 1000-dən çox isə müxtəlif növ sursat zərərsizləşdirilib.(APA)
 



 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...