Bayılda SON VƏZİYYƏT - Sürüşmə prosesi davam edir?

Bayılda SON VƏZİYYƏT - Sürüşmə prosesi davam edir?
Bir neçə aydır ki, Bayıl yamacında sürüşmə aktivliyinin artması müşahidə olunur. Son bir neçə həftədir ki, ərazidə vəziyyətin sabitləşdiyi bildirilib.
 
Sfera.az hazırda ərazidəki son durumla maraqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov saytımıza sürüşmə prosesinin dayanmadığını dedi:
 
"Hazırda ərazidə aktivlik müşahidə edilmir. Lakin bu o demək deyil ki, sürüşmə prosesi dayandırılıb. Xeyr, ərazidə vəziyyət gərgin olaraq qalır. Geoloji proses davam edir”. 

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR