İnternatda yeniyetmələrin zorlanması ölkəni silkələdi
18:19 / 02.03.2018
3988
Rusiyanın Çelyabinsk vilayətindəki uşaq evində baş verən qalmaqal ökəni silkələyib.
Sfera.az rus mətbuatına istinadən xəbər verir ki, internatda uşaqların kütləvi zorlanmasına görə cinayət işi başlanıb.
Azyaşlılar ifadələrində qeyd ediblər ki, internata gələn Segey adlı şəxs yeniyetmələri konfetə, şokolada, siqaretə, içkiyə qonaq edirmiş.
İnternat Çelyabinsk şəhərindən 30 km aralıda gözəl mənzərəli yerdə yerləşir. Sergey uşaqları özü ilə çayın qırağına, balıq tutmaq bəhanəsi ilə aparır, orada zorlayırmış.
Bunun üçün o internatdakı tərbiyəçilərə rüşvət verirmiş. Bu tərbiyəçilərdən ər-arvad olan 2 nəfər də arada Sergeyə qoşularaq yeniyetmələrlə cinsi əlaqədə olublar.
Hazırda onların ikisi də tutduqları vəzifədən kənarlaşdırılıb.
Sergeyin isə axtarışları davam edir. Müstəntiqlən onun sosial şəbəkədə profilini və yeniyetmələrlə birgə şəkillərini tapıblar.
Profildə ünvan olmasa da pedofiln tutulması zaman məsələsidir.
Qeyd edək ki, onun qurbanları 12-15 yaşlı uşaqlar olub.