Polis arvadını güllələdi - Doğma qızlarını girov götürdü

Polis arvadını güllələdi - Doğma qızlarını girov götürdü
Bu gün səhər gecə növbəsindən qayıdan karabiner (İtaliyada hərbi polis) tabel silahı vasitəsilə həyat yoldaşını ağır yaralayıb, doğma qızlarını isə girov götürüb.
 
Sfera.az "RaiNews24" agentliyinə istinadən xəbər verir ki, hadisə Lasio vilayətinin Çistern şəhərində baş verib.

Hazırda karabiner öz evində barrikada quraraq heç kimi mənzilə buraxmır.

Onun 7 və 12 yaşındakı qızları da evdədir. Hadisə yerinə karabinerlərin komandanı Qabriel Vitalyano gəlib.

İnsidentin səbəbi bilinmir. Deyilənə görə, ər-arvad boşanma ərəfəsində olub. Yaralı qadın hospitala çatdırılıb. Onun vəziyyəti ağırdır.
 
İlqar

OXŞAR XƏBƏRLƏR