İran Ermənistana qazı Rusiyadan da ucuz satacaq

İran Ermənistana qazı Rusiyadan da ucuz satacaq
Ermənistan Respublikası Enerji infrastruktur və təbii sərvətlər nazirinin müavini Hayk Harutyunyan bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, hazırda Ermənistana Rusiyadan başqa sərfəli qiymətlərlə qaz satan yoxdur. Lakin vəziyyət dəyişə bilər.
 
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, İran hazırkı tarifləri nəzərdən keçirə bilər. Hazırda İrəvanda 15-ci İran-Ermənistan dövlətlərarası komissiyanın iclası keçirilir.

İran İslam Respublikasının energetika naziri Reza Ardakanian bildirib ki, ölkəsi dəfələrlə vurğuladığı kimi Ermənistana daha ucuz qiymətlərlə qaz sata bilər:
 
"Sərfəli qiymət hansıdır? Necə olacaq? Bunu iran və erməni tərəfi daha geniş formatda müzakirə edib razıılığa gələ bilər”.

OXŞAR XƏBƏRLƏR