2 cüdoçumuz Avropa çempionatında medal qazandı

2 cüdoçumuz Avropa çempionatında medal qazandı
 Fevralın 17-də Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq turnirinə start verilib.

Sfera.az goal.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası və "Qəbələ" İdman Klubunun cüdoçuları Mehman Sadıqov və Vüqar Şirinli üçün uğurlu alınıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Sadıqov bütün rəqiblərinə qalib gələrək çempion olub. O, avstriyalı Valentino Krnjiç, qazaxıstanlı Bauyrjan Narbayev və mərakeşli İssam Bassou üzərində qələbə əldə etməklə yarımfinala yüksəlib.

Bu mərhələdə yaponiyalı Tatsuhiko Yamamoto, finalda rusiyalı Qamzat Zairbekovla görüşən təmsilçimiz bu qarşılaşmalardan da qalib ayrılıb. 66 kq çəki dərəcəsində çıxış edən Vüqar isə avstriyalı Stefan Kudera və gürcüstanlı Laşa Qiunaşviliyə qalib gəlsə də, fransalı Kevin Azemaya uduzub. Təsəlliverici döyüşdə italiyalı Matteo Piras, bürünc uğrunda qarşılaşmada almaniyalı Manuel Şeybelə qalib gələn Şirinli 3-cü yeri tutub.

OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...