Araz Əlizadə: xarici ölkədən söyüş söymək kişilikdən uzaqdır

Araz Əlizadə: xarici ölkədən söyüş söymək kişilikdən uzaqdır
 Aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizəd, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Avropa ölkələrində fəaliyyət göstərən azərbaycanlı videobloger Orduxan Teymurxan və digərlərini canlı debata çağırıb.
 
A.Əlizadə "Ölkə.Az”a açıqlamasında Orduxan Teymurxan və digər videoblogerlərlə birbaşa və yaxud canlı debata çıxmağa hazır olduğunu bildirib. 
 
"Amma bir şərtim var ki, debat canlı olmalıdır. Daha sonradan mənim fikirlərim kəsiləcək və yaxud ixtisar olunacaqsa, buna razı olmaram. Mən birbaşa yayım olan debatda istənilən şəxslə görüşməyə hazıram. Yetər ki, bu canlı olsun!”,-deyə Araz Əlizadə bildirib.
 
Deputat qeyd edib ki, son günlər internet vasitəsilə özlərini "qəhrəman” hesab edən videoblogerlərin Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparması insanlarda ikrah hissi yaradır:
 
"Mən nə Orduxanı, nə də digərlərini tanımıram. Amma eşidirəm ki, onlar prezidentliyə namizəd olan şəxsləri təhqir etməyə çalışırlar. Bilirsiniz, mən köhnə Bakılıyam. Biz Bakılıların da bir adəti vardı. Cavan vaxtı küçədə futbol oynaya bilməyən uşaqları qapıya qoyurdular. Qapıda dayanan həmin uşaqlar topu buraxan zaman deyirdik ki, yerə yıxıl, adın çıxsın. Digər tərəfdən isə məhəllədə döyülən qorxaq uşaqlar küçənin o biri başına qaçıb söyüş söyürdülər. Hamı da onlara qorxaq kimi baxaraq, fikir vermirdi. İndi Avropada gizlənən bu uşaqlar da mənim haqqımda nə deyirsə, hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına göndərirəm. Sosial şəbəkələrdə mənim haqqımda nə mənfi fikirlər yazılırsa, onlara bir cavabım var: Əgər kişisənsə, gəl, üzümə de! Çünki gedib xaricdən nə isə yazanda, ona cavab verilə bilmir. Ümumiyyətlə, bu adamlar mücərrəd və qorxaq insanlardır. Mən onlara necə cavab verim? Bir daha deyirəm ki, mən köhnə Bakılyam. Bizdə adət budur ki, kişi sözünü kişinin üzünə deyər. Əgər onlar türklər demişdən, erkək olsaydılar, sözü gəlib üzümə deyib layiqli cavablarını alardılar. İş yerim və yaşadığım ünvan hamıya məlumdur. Əgər sözləri varsa, buyurub gəlsinlər, üzümə desinlər. Yoxsa ki, qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir”. 

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...