Şağandakı Əlillər pansionatında əlili döydülər

Şağandakı Əlillər pansionatında əlili döydülər
 Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb.
Sfera.az olke.az-a istinadən məlumatına görə, Əlillər pansionatında müalicə alan Möhübbət Məsləhət oğlu Məlikov tanımadığı şəxs tərəfindən döyülüb. 

Zərərçəkən DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları pansionata gəlib və ilkin araşdırmalara başlayıblar. Hələlik əlili döyən naməlum şəxs müəyyən edilməyib.

M.Məlikov xəsarət dərəcələrinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR